- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubunun müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda icraçı direktor Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalyadakı hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.
Həmçinin “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırkı maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.
Yığıncaqda “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.