- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubunun premyer liqanın 17-ci turu çərçivəsində “İnter” üzərində səfər qələbəsi onun üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisinin heyətində çıxış edən çilili legioner İqnasio Herreranın matçın 58-ci dəqiqəsində vurduğu top, “ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolu olub.
1992-ci ildən keçirilən ölkə çempionatlarında “Neftçi”nin vurduğu 500 səfər qolu 351 matçda qeydə alınıb. Flaqman səfərdə ən çox qol vuran komandadır. Xatırladaq ki, “İnter”-“Neftçi” görüşündə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.