- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin prezidenti Kamran Quliyev, konfrans liqasının 2-ci təfnifatında “Aris”lə ilk oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:2 yenilməklərinə rəğmən, ümidli olduğunu deyib:
“Kiprdə matçın son fitindən sonra dedim ki, mərhələni keçəcəyik. 0:2 hesablı məğlubiyyət faciə, son deyil. Bu komandaya, baş məşqçiyə güvənirik”.
Azarkeşsiz bizə futbol lazım deyil. Azarkeşsiz “Neftçi” təsəvvür edə bilmirəm. Onlar əlbəttə ki, çılğın olmalıdırlar. Gəlsinlər, komandamızı dəstəkləsinlər. Onların dəstəyi ilə ümid edirəm ki, mərhələ keçəcəyik. İnanıram ki, stadionumuz dolacaq”.
“Neftçi” – “Aris” arasında cavab oyunu iyulun 28-də keçiriləcək.