- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”nin premyer liqadakı qollu oyunlar seriyası qırılıb.
Allsport.az xəbər verir ki, Bakı klubu 9-cu turun “Qarabağ”la görüşündə fərqlənə bilməyib – 0:4. Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan “ağ-qaralar” ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapısına yol tapmışdı.
Bu il aprelin 4-də öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzandan sonra paytaxt təmsilçisi ardıcıl 15 oyunda qol vurmuşdu. Bu görüşlərdə “Neftçi” ümumilikdə 33 dəfə fərqlənib.