- Baxış sayı: 39
- 30 Mart 2026 21:25
- Baxış sayı: 389
- Mart 30, 2026
- 0

Topaz premyer liqasının öncülü “Neftçi” mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib. Allsport.az saytı xəbər verir ki, əvvəlki 13 oyunda rəqib qapılarına yol tapan paytaxt təmsilçisi “Sumqayıt”la matçda qol vura bilməyib – 0:0.
Bununla da bakılıların 21 oyunluq seriyası qırılıb. “Neftçi” ötən mövsümün son 8 oyununda da qol sevinci yaşamışdı.
Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümün martın 14-də “Qarabağ”la evdə keçirilən görüşdə qolsuz qalmışdı. Həmin oyun da 0:0 hesabı ilə başa çatmışdı. “Ağ-qaralar” bu 21 matçda ümumilikdə 41 qol vurub.