- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Qarabağ” ölkə çempionatlarında yeni rekord edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu mövsümün ilk 13 oyununda qələbə qazanan komanda olub. “Köhlən atlar” bunu premyer liqada 3-cü turdan təxirə salınan matçda rəsmiləşdirib. “Ağlar” səfərdə “Turan Tovuz”u 2:0 məğlub edib.
“Qarabağ” cari çempionatadək 2 dəfə mövsümə 34 xalla başlayıb. Bunadək rekord isə, 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi. Həm “ağ-qaralar”, həm də onların sıralamasını dayandıran Sumqayıt “Xəzər”i ilk 13 matçda 12 qələbə qazanıb.