- Baxış sayı: 26
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin yeni transferi Mamadu Mbodj müsahibə verib. Allsport.az saytı xəbər verir ki, seneqallı futbolçu durumundan razılıq ifadə edib:
“Komandaya iki həftəlik gəldim. Həmin müddət ərzində müqavilə bağladım və “Neftçi”ni daha yaxından tanıya bildim. Birinci gündən gördüm ki, yaxşı kollektivimiz var. Heç bir komanda üzvündən pis münasibət görmədim. Məni yaxşı qarşıladılar. İlk gündən hər şey yaxşı idi. İki həftə komanda ilə məşq edib, evə qayıtdım.
Çempionatın ikinci hissəsinə hazırlaşmaq üçün Antalyaya gəlmişik. Hər şey yaxşı gedir. İnanıram ki, belə də davam edəcək. Bura gəlmişik ki, oyun tərzimizi daha da yaxşılaşdıraq. Daha da yaxşı çıxış edək. Çempionatın ikinci hissəsinin ilk oyununadək tam hazır olaq.
Azarkeşləri yaxşı anlayıram. İşlər qaydasında getməyəndə onlar da etirazlarını bildirməlidilər. Buna baxmayaraq, onların daim arxamızda olub, “Qarabağ”la ilk oyunda dəstək verməkləri bizim üçün vacibdir. Məncə, hər şey yaxşı olacaq. Onların dəstəyinə çox ehtiyacımız var. Azarkeşlərin tənqidini normal qarşılamaq lazımdır. Buna baxmayaraq, bizi dəstəkləmələrini istəyirəm. Biz də istədiyimiz nəticəni qazanmaq üçün əlimzdən gələni edəcəyik.
“Neftçi”yə gəldiyim gündən “Qarabağ” haqda eşitmişəm. Dəqiq bilmirəm, son 4 və ya 5 Azərbaycan çempionatının qalibidir. Düzdür, güclü rəqibdir, amma biz də yaxşı komandayıq. Bizdə də işlər düzgün gedir. Bunun məntiqi nəticəsi kimi çempionatın lideriyik. Bilirik ki, çox çətin oyun olacaq. Buna baxmayaraq, təlim-məşq toplanışı hər şeyi yaxşı göstərir. Səhvlərimiz üzərində işləməliyik ki, oyuna hazır olaq və hər şey yaxşı olsun.
Əsas məqsədimiz çempion olmaqdır. Mənim də hədəfim bu çempionluğu yaşamaqdır. Çempion olandan sonra növbəti məqsədlərə çatmaq uğrunda mübarizə aparacağıq. Hazırda ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir ki, çempion olaq”.