- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

Ölkə kubokunun 1/4 finalının ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi 75-ci ev matçını keçirib.
0:2 hesabı ilə uduzan “ağ-qaralar” yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib. Öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb.
75 ev oyununda 14 heç-heçəsi olan bayraqdar doğma divarlar arasında 12-ci dəfə yenilib. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.