- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin vəfat edib. Allsport.az saytı xəbər verir ki, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş keçmiş müdafiəçi 73 yaşında Moskvada dünyasını dəyişib.
O, 1963, 1967-1972-ci illərdə “Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb, SSRİ yığmasında 1 oyun keçirib. Futbolçu karyerasında “Kayrat” və “Ararat”da da çıxış edib. “Neftçi” rəsmi saytı onun vəfatı ilə bağlı başsağlığı verib.
Foto: Aleksandr Syomin kapitan kimi SSRİ yığma komandasını Avstriya yığmasına qarşı oyuna çıxarır.