- Baxış sayı: 19
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin yeni transferi Bruno Teluşi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Albaniya mediasına ölkəmizdə hərbi vəziyyətdən də söz açıb:
“Gözləmədiyim anda “Neftçi”dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm.
Azərbaycana gəldikdə, müharibə başlamışdı. Amma bu, çoxdan davam edir. Hətta bunu “kiçik savaş” adlandırırlar. Durumdan qətiyyən narahat deyiləm. Qorxu üçün heç bir əsas yoxdur. Məni narahat edən yeganə məqam internetdir.
Sürət çox zəifdir və ailəmlə normal ünsiyyət qura bilmirəm (gülür). Hər futbolçu ölkə xaricində oynamaq istəyir. Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdir. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm”.