- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Neftçi”nin Topaz premyer liqasında yenilgisiz oyunlar seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu 25-ci turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.
“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun komandası sonuncu dəfə 16-cı turda, fevralın 17-də keçirilən “Sumqayıt”la matçında uduzmuşdu (0:2).
70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.