- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”nin yeni transferi Eddi İsrafilov öz İnstaqram hesabında paylaşım edib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi, ilk novbədə, İspaniyanın “Luqo” klubuna təşəkkür edib:
“Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm. İkincisi, “Neftçi” kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm”.
İsrafilov “ağ-qaralar” ilə 2,5 illik müqavilə imzalayıb. O, iyunda “Albasete”sindən ayrıldıqdan sonra, “Luqo”da baxışda olub.