Nelson Bonilla: «Bu oyunda qola çox ehtiyacım vardı»

Ölkə çempionatının güclülər dəstəsində 7-ci turun görüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, hesabat turunda «Zirə» öz meydanında «Neftçi»ni qəbul edib. Matçboyu üstün oyun nümayiş etdirən debütant bayraqdarı 2:0 hesabı ilə məyus edib.

Görüşdən sonra ev sahibinin salvadorlu futbolçusu Nelson Bonilla qələbə təəssüratını belə bölüşüb: «İstənilən hucümçü bəxtsizliklə üzləşə bilər. Bu oyunda qola çox ehtiyacım vardı. Bir dəfə zərbəm dirəkdən dönsə də, növbəti vuruşum dəqiq alınldı.

Düzünü desəm, bura gəlməmişdən öncə 3-4 ay futbol oynamamışdım. Məşqlərə burada başladım. Hər şey qaydasına duşur. Azərbaycan çempionatı məni yaxşı mənada, təəccübləndirib. Artıq burada futbol sürətlə inkişaf edir. Hər şeyə rəğmən, irəliləmək üçün yenə çalışmaq lazımdır».

Həmin kateqoriyadan