Nelson Bonilya: “Serbiya klubunun mənimlə maraqlanması barədə heç nə bilmirəm”

“Zirə”nin hücumçusu Nelson Bonilya Serbiyanın “Partizan” klubuna keçəcəyi barədə yayılan söz-söhbətə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, son vəziyyətlə bağlı bunu söyləyib:

“Partizan”ın mənimlə maraqlandığı barədə xəbərləri özüm də oxumuşam. Düzünü deyim ki, bunu qəzetdə görmüşdüm. Mətbuatda çox geniş yayıdığını düşünməmişdim. Əslində isə menecerim mənə “Partizan” barədə heç bir söz söyləməyib. Yəqin belə bir şey olsaydı, menecerim mənə bu barədə danışardı. Əlbəttə, futbol elə bir sahədir ki, hər an nəsə dəyişə bilər. Futbolçu istənilən komandada peyda ola bilər. Amma Serbiya klubunun mənimlə maraqlanması barədə heç nə bilmirəm”.

Bonilya transfer dedi-qodularından danışarkən ona ən çox verilən sualı da dilə gətirib: “Azərbaycan xoşuma gəlir. “Zirə”də oynamaq xoşdur. Amma mənə bir şey maraqlıdır: niyə hər dəfə məndən “Qarabağ”a keçib-keçməyəcəyimi soruşurlar. Bu komandada mənsiz də yaxşı hücumçular var”.

Həmin kateqoriyadan