- Baxış sayı: 16
- 26 Noyabr 2024 10:49
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Nelson Bonilyanın “Zirə”dən ayrılması rəsmiləşib. Allsport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda salvadorlu futbolçunun yeni klubunun da adı açıqlanıb. Bonilya yeni mövsümdən Portuqaliyanın “Nasional” klubunda çıxış edəcək. “Zirə”nin rəsmi saytına məsələ ilə bağlı bunlar yazılıb:
“Nelson Bonilya ilə ötən il imzaladığımız müqaviləyə əsasən “Zirə” anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə etmişdi. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Bonilya bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir.
Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdü, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə”nin, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. “Zirə” olaraq, futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq”.