- Baxış sayı: 16
- 10 Mart 2026 13:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Santos”un hücumçusu Neymar Braziliya milli komandasının DÇ-2026 üçün ilkin heyətinə daxil edilib.
Allsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Karlo Ançelotti 34 yaşlı ulduz futbolçunu heyətə çağırmağı planlaşdırsa da, yekun qərar oyunçunun fiziki durumundan asılı olacaq.
İtaliyalı mütəxəssis hücumçunun vəziyyətini şəxsən qiymətləndirmək üçün “Santos”un “Mirasol”a qarşı keçiriləcək növbəti matçını tribunadan izləyəcək. Əgər Neymar yekun siyahıya düşərsə, bu, onun karyerasında dördüncü dünya çempionatı olacaq. “Santos”un yetirməsi olan Neymar “Barselona”, PSJ və “Əl-Hilal”dakı çıxışlarından sonra 2025-ci ildə doğma klubuna qayıdıb.