Neymar: “Mən istedadımın hansı səviyyədə olduğunu bilirəm”

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu Neymar Braziliya komandalarından olan “Santos”a qayıtmaq arzusunda olduğunu bildirib və istedadından danışıb:

“Futbolçunun həyatı çox dinamikdir. Bəzən bir yerdə oynayırsan, sonra birdən dəyişir. Təbii ki, yenidən Braziliyada, “Santos”da oynamaq arzusundayam. Ümid edirəm bir gün bu baş verəcək. Futbol sürprizlərlə doludur”.

Neymar futbola kifayət qədər diqqət yetirməməsi ilə bağlı ittihamlara da cavab verib:

“Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə. Həmişə sinəmi döyüb deyirəm ki, “məni qınaya bilərsən”. Mən istedadımın hansı səviyyədə olduğunu bilirəm. Mən nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman deyil.

Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Amma yox. Həm meydanda, həm də ondan kənarda. Bəzən bir çox tənqidlərlə razılaşa bilmirəm, çünki bu mənim şəxsi həyatımdır, istədiyimi edə bilərəm”.

Həmin kateqoriyadan