- Baxış sayı: 42
- 02 Aprel 2026 20:44
- Baxış sayı: 108
- Aprel 02, 2026
- 0

Braziliya milli komandasının ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün ilkin heyəti formalaşmağa başlayıb.
Allsport.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Karlo Ançelotti artıq 24 futbolçunun adını dəqiqləşdirib. Hazırda 26 nəfərlik siyahıda qalan iki boş yer üçün üç əsas namizəd var: Lukas Paqueta (“Flamenqo”), Endrik (“Lion”) və İqor Tiaqo (“Brentford”).
Məlumata görə, mütəxəssis qapıçı və müdafiə xəttini artıq təsdiqləyib. Ancaq son iki mövqe üçün ya iki hücumçu, ya da bir hücumçu və bir yarımmüdafiəçi çağırmaq barədə tərəddüd edir.
Əsas diqqət çəkən məqam isə ulduz futbolçu Neymar ilə bağlıdır. “Santos”un hücumçusunun heyətə daxil edilib-edilməyəcəyi hələlik sual altındadır. Mənbə qeyd edir ki, Neymarın DÇ-2026-ya çağırılmaması sürpriz hesab olunmayacaq.