Neymarı pulsuz buraxmağa hazırdır. PSJ 2027-ci ilə qədər ona 36 milyon avro ödəmək istəmir

“Pari Sen Jermen” Neymardan qurtulmaq istəyir. Allsport.az xəbər verir ki, Fransa klubu braziliyalını illik 36 milyon avro ödəmək zərurətindən xilas olmaq üçün, onu pulsuz buraxmağa hazırdır. Rəhbərlk komandada belə pis imici olan futbolçunun olmasını istəmir.

“Çelsi”nin ortaq sahibi Todd Bouli və PSJ-nin başçısı Nasser Əl-Xelayfi, ulduz futbolçunun mümkün transferi müzakirə ediblər. Neymarın “qırmızı-göylər”lə müqaviləsi 2027-ci ilə qədərdir. Öncədən parislilər bildirmişdilər ki, 31 yaşlı hücumçunu yayda satmaq istəyirlər.

Bu mövsüm Neymar 28 matçında 17 qol vurub və 16 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan