- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu Neymar aprelin sonunda kluba qayıtmalıdır.
Hazırda braziliyalı vətənindədir və zədədən sağalmağa davam etmək üçün Parisə gələcək. Futbolçu Paris klubunun tibb işçilərinin nəzarəti altında 2023/24 mövsümünə hazırlaşacaq.
Fevral ayında Neymar Fransa çempionatının “Lill” ilə matçında ayağından zədə alıb və əməliyyat olunub. Oyunçuya sağalmaq üçün 3-4 ay vaxt lazım olacağı deyilib.
Bu mövsüm hücumçu parislilər üçün 29 matç keçirib, 18 qol vurub və 17 assist edib.