- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə “Merani”yə 2:1 hesabı ilə qalib gəlib.
Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənərək, komandasının qələbə qolunu vurub.
Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd edib. O, Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərimizi anıb.
“Samtredia” 8 xalla 10 komanda arasında 5-cidir. Nicat bu mövsüm 3 qol vurub.