- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir.
Yeni transfer Deyv Bultuis də ötən gün qəbələlilərin məşq prosesində iştirak edib. Məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıblar. Ruslan Qurbanovla Dion Malone isə fərqi məşqlə kifayətlənib.
“Qəbələ” bu gün – iyulun 8-də təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada rəqib Niderlandın “Utrext” klubu olacaq.