Niderlandlı mütəxəssis: “Qarabağ”la oyunda çox şey öyrəndik”

“Lex” in baş məşqçisi Con Van den Brom çempionlar liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la oyunlarını xatırlayıb. Allsport.az xəbət verir ki, niderlandlı mütəxəssis Ağdaç klubu ilə cavab görüşünü fəlakət adlandırıb:

“Cavab görüşünün nəticəsi sadəcə fəlakət idi. Həmin oyunda komanda sanki dağıldı. Biz mütəşəkkil və kompakt  deyildik. Böyük məyusluq yaşadıq. Çünki evdə 1:0 hesablı qələbədən sonra, səfərdə 1:5 uduzduq. Həmin oyunda çox şey öyrəndik. Mən özüm də, həmçinin. Çox çətin idi.

Bakıdakı oyundakı uğursuzluğu müdafiənin mərkəzindəki problemlərlə və ya başqa səbəblərlə izah etmək olardı. Çox səhvlər etdik. Bu qədər səhv edirsən, rəqib də bundan yararlana bilirsə, demək ki, məğlub olacaqsan. Amma biz “Qarabağ”ın necə komanda olduğunu və heyətində hansı futbolçuların yer aldığını da xatırlamalıyıq. Bu komanda hər mövsüm avrokuboklarda qrup mərhələsində oynayırlar. “Qarabağ” çox keyfiyyətli komandadır, bunu unutmaq olmaz”.

Həmin kateqoriyadan