- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti Formula1-ə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir. Allsport.az saytı xəbər verir ki, bununla bağlı BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib:
“Biz hər il olduğu kimi bu il də Azərbaycan qran-prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik. Builki yarış həftəsonunda yenə dünyanın ən qabaqcıl ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.
Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək.
Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz. Bu əvəzolunmaz fürsəti qaçırmayın və sevdiyiniz ulduza ən yaxın məhz siz olun!”
Qaliblər aprelin 27-də Jamiroquai qrupunun solisti Jay Kay ilə, bir gün sonra Kristina Aguilera ilə üz-üzə görüşərək, səmimi söhbət edə biləcəklər.