Nigar Arpadarai: Formula-1 Azərbaycan qran-prisinin qeydiyyatı fevralın 20-də başlayacaq

Fevralın 20-də formula-1 Azərbaycan qran-prisinə KİV-in qeydiyyatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda təşkil olunan ikigünlük təlimdə deyib.

O bildirib ki, akkreditə ilə bağlı bu prisesin elə ilk günnüdə media nümayəndələri üçün toplantı düzənlənəcək və orada ətraflı bilgi veriləcək. Həmçinin media nümayəndələrinə xüsusi bələdçi-kitabçalar paylanacaq.

Qeydiyyata martın 31-də yekun vurulacaq. Bu dəfə Kanada mükafat yarışı ilə Azərbaycan qran-prisi arasında 2 həftəlik fasilə olduğundan, müraciət edən bütün yerli KİV-in akkreditədən keçməsinə yardım ediləcəyinə söz verilib.

Həmin kateqoriyadan