Nigar Arpadarai: Formula-1 üzrə Azərbaycan qran-prisinə marağın artmasına sevinirik

23-25 iyunda formula 1 üzrə Azərbaycan mükafat yarışı keçirilməsi nəzərdə tutulub. Allsport.az saytı xəbər verir ki, artıq 26 ölkənin avtomobil həvəskarları Bakıya gəlmək istəklərini nümayiş etdiriblər.

Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözünə görə, bu dövlətlər arasında Rusiya, Böyük Britaniya və ərəb ölkələrinin vətəndaşları çoxluq təşkil edir:

«Bilet satışı davam edir. Yanvarın 31-nədək qiymətlərdə 30 faiz endirim var. Ötən illə müqayisədə, bu dəfə maraq böyükdür. Artıq bizim qran-pri yarışı dünyada tanınmağa başlayıb. Sevinirik ki, Azərbaycanda keçirilən formula 1 yarışına diqqət artıb».

Həmin kateqoriyadan