Nigar Arpadarai: “Formula1 üzrə Azərbaycan qran-prisinə maraq daha da artıb”

Növbəti Formula-1 Azərbaycan qran-qrisinə hazırlıqlar bütün istiqamətlərdə davam edir. Yarışın yüksək səviyyədə təşkil edilməsi üçün bütün işlər həyata keçirilir.

Allsport.az xəbər verir ki, bu barədə Bakı şəhər halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. Onun sözlərinə görə, Formula1 üzrə Azərbaycan qran-prisinə maraq daha da artıb:

“Hazırlığa erkən başlamışıq. Ötən ay bilet satışına start verdik. Artıq indidən nəticələrdən razıyıq. Əvvəlki illərlə müqayisədə, Azərbaycan qran-prisinə maraq daha da artıb”.

Arpadarai Bakıda keçiriləcək yarışa xarici ölkələrdən çox böyük maraq olduğunu söyləyib: “Əcnəbilərin biletləri daha tez əldə etmələri ənənəyə çevrilib. Öz vətəndaşlarımız isə yarış ərəfəsində alırlar. Onlayın bilet alanların sayının artması bizi sevindirir. Xarici ölkələrdə reklam işlərinə başlamışıq. Reklam xərclərimiz azalsa da, Azərbaycan qran-prisinə maraq artır. Bu da müsbət məqamdır”.

Onun sözünə görə, növbəti yarışda 3 dünya ulduzunun Bakıda konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

2020 Azərbaycan qran-prisi 5-7 iyun tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan