Nigar Arpadarai: Azərbaycan mükafat yarışında dəyişiklik konsert proqramlarında olacaq

“Gələn il üçün Formula1 Azərbaycan qran-prisinə hazırlıq plana uyğun gedir. Hazırda biletlərə endirim kampaniyası davam edir. Formula 1 azarkeşləri 20 faizlik endirimdən yararlana bilərlər. Azərbaycan vətəndaşları üçün daha 25 faiz endirim nəzərdə tutulub”. 

Allsport.az saytı xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə müsahibəsində deyib. Onun sözünə görə,  Azərbaycan çükafat yarışında trasın konfiqurasiyası dəyişmir:

“Yarış hər il olduğu kimi, şəhərin mərkəzi küçələrində keçirilir. Əsas yeniliklərimiz əyləncə proqramı ilə bağlıdır. Ötən mövsüm konsert proqramları dəyişmişdi. Belə ki, yarışlardan sonra konsert proqramları təşkil olunurdu. Üç dünya ulduzunun konsertindən əlavə, DJ-lərin şousu da təşkil olunmuşdu. Bu il də əsas dəyişiklik konsert proqramları ilə bağlı olacaq”.

Xatırladaq ki, Bakıda növbəti Formula1 ötüşməsi gələn il aprelin 26-28-də keçiriləcək.

Həmin kateqoriyadan