Nigar Arpadarai: Oktyabrın sonunda bilet satışına start veriləcək

Gələn ilin aprelində Bakıda növbəti Formula1 Azərbaycan qran-prisinin hazırlığına noyabrda başlanılacaq. Allsport.az saytı xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib. Onun sözünə görə, oktyabrın sonunda bilet satışına start veriləcək:

“Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirimli olacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar. Yarış çərçivəsində konsert proqramında kimlərin çıxış edəcəyi hələ bilinmir. Amma bu istiqamətdə danışıq gedir.

Padokun quraşdırılmasına ilin axırında başlanılacaq. Gələn ilin yanvarında digər işlərə start veriləcək. Yerli media nümayəndələri üçün də planlarımız var. Seminar və treninqlər təşkil olunacaq”.

 

Həmin kateqoriyadan