Nigeriyalı legionçudan yubiley qolu

Premyer liqasının 4-cü turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki,  “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Bu, onun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legionçu “100”ü özünün 273-cü oyununda yarılayıb.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudur. Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidir. Legionçulardan yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır.

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AzAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.

Həmin kateqoriyadan