Nihad Qəhvəçi də paytaxta səfər edəcək

Türkiyə millisinin keçmiş futbolçusu Nihad Qəhvəçi Bakıya səfər edəcək. Allsport.az saytı xəbər verir ki, martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar finalı” yoldaşlıq oyununda dünyaca məhşur veteranlarla yanaşı, “Beşikdaş”, “Vilyareal”, “Real Sosyedad” kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi də iştirak edəcək.

Bu oyun Avropa liqasının finalı ilə əlaqədar təşkil olunacaq. Qeyd edək ki, Nihaddan savayı, sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda çıxış edəcəklər.

Həmin kateqoriyadan