- Baxış sayı: 44
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

AÇ-2020-nin seçmə mərhələsində sabah Slovakiyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
“Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdi. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdi. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik”.