Nikola Yurçeviç: Standart vəziyyətlərdə yenə uduzuruq

AÇ-2020-nin ələməsində evdə Macarıstan futbolçularını qəbul edən “ay-ulduzlular”ımız rəqibə 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, oyunla bağlı baş məşqçimiz Nikola Yurçeviç bunu deyib:  “Qələbə münasibəti ilə rəqibi təbrik edir, bu gün bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Futbolçularım mübarizə apardılar. Oyunda müsbət məqamlar var idi, topa nəzarət əsasən bizdə idi.

Fərq standart vəziyyətlərlə bağlıydı ki, bu da oyunun taleyini həll edən məqam oldu. Bugünkü oyunda iki topu bu cür epizoddan buraxdıq. Xorvatiyadakı oyunda da rəqib bir qolu standard vəziyyətdən vurmuşdu. Əlbəttə, nəticədən razı deyiləm, amma futbolçularım daha yaxşısına layiq idi.

Bir qədər də bəxtimiz gətirmədi. Fərqi azaltdıqdan dərhal sonra rəqibin qol vurmasına mane ola bilmədik. Macarıstan yığması oyun ərzində pressinq tətbiq etməklə bizim hücuma çıxmağımızı çətinləşdirdi. İkinci hissədə meydana daxil olan oyunçularımız oyunu bir qədər canlandırdılar. Ancaq vacib olan nəticəni qazana bilmədiyimizə görə məyusam”.

Həmin kateqoriyadan