Nikola Yurçeviç: Uels standart vəziyyətlərdə çox təhlükəlidir

Millinizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin secmə qrupunda Uelslə oyundan öncə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis millinin qarşıdakı görüş barədə bunu deyib:

“Standart vəziyyətlərlə bağlı problem bizdə 20 ildir var. Klub səviyyəsində də bu aktualdır. “Qarabağ” “Linfild”lə görüşdə 2 qolu standartdan buraxdı. Bu da problemin varlığını göstərdi. Xorvatiya ilə oyundan öncə də demişdik ki, rəqib standart vəziyyətlərdə çox təhlükəlidir. Buna uyğun hazırlıq, məşq etmişdiik. Lakin yenə standarlardan qol buraxırıq. Bəzən onun qarşısını almaq olmur. Komanda var keyfiyyətli oynamır, standartdan yararlanır. Qarşıdakı görüşlərdə bunun üzərində işləyəcəyik. İnanırıq ki, daha yaxşı oynayacağıq.

Uels millisi Britaniya stilində oynayan və güclü heyətə malik olan komandadır. Onların oyun üslubu hamıya məlumdur. Vitse-dünya çempionu Xorvatiya ilə qarşılaşmışıq və müəyyən təcrübə toplamışıq. Amma heyətdə zədəli futbolçularımız var. Buna baxmayaraq, çalışacağıq ki,  Xorvatiya ilə ilk oyunun 1-ci hissəsindəki kimi çıxış edək. Bir sözlə, azarkeşlərimizi sevindirmək istəyirik”.

Həmin kateqoriyadan