Nikolay Boqdanov: “Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir

“Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə Kiyevdən dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:

“Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bu mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu mənim üçün hər şeydir.
Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu bizim hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.

Həmin kateqoriyadan