- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu ilin iyununda Bakının ev sahibliyi etdiyi formula-1 Avropa qran-prisi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin və ISEFAC Biznes Məktəbinin Nitsa filialının birgə təşkilatçılığı ilə konfrans keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakıda yarışın təşkili işində əldə olunmuş təcrübə, xüsusilə də şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həlli məsələləri ətrafında müzakirələr aparılıb. Yığıncağa ISEFAC Biznes Məktəbinin marketinq və idman tədbirləri üzrə ixtisaslaşan tələbələri, həmçinin Nitsadan və ətraf regiondan olan bir sıra təhsil mütəxəssisləri də daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Qurdin təşkilatın idmanla bağlı fəaliyyəti və Azərbaycanın idman strategiyası haqqında məlumat verib. O bildirib ki, idman universal bir dildir və ölkəni təbliğ etmək üçün mükəmməl alətdir. Eyni zamanda, idman davamlı inkişaf üçün də yeni imkanlar yaradır. Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına və bu il formula-1 Avropa qran-prisinə ev sahibliyi edərək dünyanın idman ictimaiyyətinin diqqətinə özünə cəlb etməklə yanaşı, nəhəng infrastruktur layihələrini yüksək səviyyədə həyata keçirməsi ilə də yadda qaldı.
Konfransın əsas məruzəçisi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) baş icraçı direktoru Arif Rəhimov formula-1 Avropa qran-prisi haqqında videotəqdimatla çıxış edib. Təqdimatda Bakı şəhər halqası üçün inşa olunan infrastrukturun fotoşəkilləri və həmin yarışla bağlı videoçarxlar nümayiş etdirilib.
Arif Rəhimov nitqində bunu deyib: “Nadir Bakı şəhər halqası elə təşkil olunmuşdu ki, Formula-1 yarışını televiziya vasitəsilə izləyən tamaşaçılar Bakının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahili boyunca paytaxtımızın ecazkar simasını görə bildilər. Bütün çətinliklərin öhdəsindən layiqincə gəldik və yarış uğurla keçdi”.