- Baxış sayı: 28
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

“Dənizlispor”un baş çalışdırıcısı Giray Bulaq transfer müddətinin uzadılmasını tənqid edib. Allsport.az saytı xəbər verir ki, o, “Böyük dördlük”ün niyə transfer cəzası almadığına da toxunub:
“Millətimizə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirəm. “Yeni Malatyaspor” və “Adanaspor” 1-ci lLiqada liqadan çəkiliblər. Transfer müddəti martın 5-nə qədər uzadılıb. Bundan heç nə başa düşmürəm. Komandaların oyunçularına icazə verin.
Təəssüf ki, bu sistemdə zəlzələ “Dənizlispor”, “Ərzurumspor” və “Altay”a oldu. Bizim nə günahımız var?Transfer qadağası var. Rəqiblərimizə sərbəstlik verirsən, 3 xalımızı silirsən, sonra deyirsən ki, birləşmək şərtdir. Bizə qısaca “liqanı tərk edin” deyirsiz. “Yeni Malatyaspor” və “Adanaspor”da oyunçulara transfer haqqı verərkən, bütün komandalara sərbəstlik verdiniz və bizə pislik etdiniz”.