- Baxış sayı: 26
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 135
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente komandanın yarımmüdafiəçisi Qavinin zədəsindən danışıb:
“Mən başa düşmürəm ki, niyə hər kəs bütün günahı məşqçinin üzərinə atır. Hamımız bilirik ki, oyunçu meydana çıxanda onun həmişə zədə riski var. Əlbətdə ki, baş verənlərdən ən çox mən narahat idim”.
Qeyd edək ki, “Barselona”nın futbolçusu Qavi, İspaniya millisinin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstana qarşı oyunda ciddi xəsarət alaraq 6 aylıq sıradan çıxmışdı.