- Baxış sayı: 19
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, premyer liqasının 13-cü turunda öz meydanında “Kəpəz”ə 3:1 qalib gəldikləri oyunda, oğlu Musa Qurbanlının qaçırdığı penalti epizodu ilə bağlı fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, nizam-intizamın vacib olduğunu qeyd edib:
“Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran vurub. Ramil Şeydayev məni aldatdı, oturduğu yerdən dedi ki, Musa vursun. Bir az nizam-intizamdan kənara çıxdıq. Vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı oldu. Nizam-intizamdan kənara çıxmaq olmaz”.
Görüşün 88-ci dəqiqəsində Musa Qurbanlı 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib. Onun zərbəsini qapıçı Orxan Sadıqlı dəf edib. Ölkə çempionatında adı çəkilən hücumçular hərəyə 11 qolla öndədirlər.