- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Kəpəz” premyer liqasının 27-ci turunda paytaxtda “Neftçi” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov bunu deyib: “İtkilərə baxmayaraq komandanı motivasiya edə bilmişdik. Çalışdıq ki, adı tarixi derbi olan oyunda yaxşı oynayıb, ən azından xal götürək. Bizim üçün vacib xal oldu. Kollektiv yaxşı oyun göstərdi. Bəlkə də hesab böyük ola bilərdi.
Həm rəqib, həm də biz qalib gələ bilərdik. Nizam-intizamlı oyunumuz məni daha çox sevindirir. Komanda oyundan-oyuna inkişaf edir. Qalib gəlmək ruhu olan kollektiv formalaşır. Heyətdə rəqabət həddindən artıq çoxdur. Uşaqlara mübarizəyə görə təşəkkür edirəm. Həddindən artıq çox xallar itirmişik. Həm öz, həm də hakim səhvlərindən. Amma bu oyun göstərdi ki, komanda düz yoldadır.
Fasilədə normal hazırlaşıb, problemlərimizi həll edib, yerdə qalan 9 oyunda yaxşı çıxış edə və bir az da yuxarı qalxa bilərik. Bizə dəstək olan, Gəncədən gələn azarkeşlərə də təşəkkür edirəm. Klub rəhbərliyinə, veteran futbolçularımıza dəstəyə görə minnətdaram. Bu dəstəyin də müqabilində uşaqlar daha yaxşı oyun nümayiş etdirməyə başlayıblar”.