- Baxış sayı: 146
- 16 Mart 2026 13:49
- Baxış sayı: 126
- Mart 19, 2026
- 0

“Maklaren”i təmsil edən Lando Norris komandanın 24 il ərzində Avstriya qran prisini qazanan ilk pilotu olub.
Allsport.az xəbər verir ki, komandanın bu yürüşdə son qalibi Devid Kulthard olub. O, 2001-ci ildə Avstriya qran prisində birinci olub. O vaxtdan bəri “Maklaren” Spilberqdə cəmi üç podiuma sahib olub – Kimi Rəykkönen 2003-cü ildə ikinci, Norris 2021-ci ildə üçüncü, Oskar Piastri isə 2024-cü ildə ikinci olub.
Cari mövsümün 11-ci turundan sonra Piastri 216 xalla liderdir. Lando Norris 201 xalla ikincidir.