- Baxış sayı: 24
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən olan Norveç komandası baş məşqçisiz qala bilər. Allsport.az saytı xəbər verir ki, nəinki yerli mətbuat və azarkeşlər, hətta federasiya rəhbərliyi də indiki baş məşqçi Per-Matias Hoqmodan narazıdır.
Norveç mətbuatının məlumatına görə, komandanın 4 turdan sonra 3 xalla qrupda sonuncudan əvvəlki pillədə qərarlaşması onun istefasını qaçılmaz edir. Federasiya rəhbərliyinin elə bu ay onunla yolları ayırıb, yeni baş məşqçi axtarışına çıxacağı bildirilir.
Qeyd edək ki, Norveç yığması bu seçmə mərhələdə Azərbaycanla Bakıdakı oyunda da 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi.