- Baxış sayı: 26
- 26 Noyabr 2024 17:48
- Baxış sayı: 42
- Noyabr 26, 2024
- 0
Norveç millisinin hücumçusu Coşua Kinq DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, millimizlə bağlı bunu deyib:
“San Marinoya qalib gələ bilməsək, bunu, uğursuzluq saymaq olar. Amma Azərbaycanla matçda vəziyyət fərqlidir. Rəqib çətin komandadır. Ötən seçmə mərhələdə bu rəqibə qarşı ev oyununda iştirak etmişdim.
Onlar daha çox top saxlamağa çalışırdılar. Odur ki, bizi bu dəfə də ağır oyun gözləyir. Amma qarşımızda duran vəzifə mundiala vəsiqə qazanmaqdır. Bunun üçün isə qarşıdakı iki oyundan 6 xalla ayrılmağa borcluyuq”.