VİDEO
Növbəti hakim səhvi “Qəbələ” – “Neftçi” matçında qeydə alındı

Fevralın 3-də premyer liqanın 16-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” görüşündə növbəti kobud hakim səhvi qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu, matçın 77-ci dəqiqəsində ev sahibləri hesabı açarkən baş verib. Yenidən “qara-qırmızılar”ın heyətinə qayıdan və ilk oyununa çıxan Daniel Subotiç komanda yoldaşı Urfan Abbasovdan məhsuldar ötürmə alıb. Həmin anda adı ikinci cəkilən futbolçu topu qəbul edərkən, oyundan kənar vəziyyətdə olub.

Cərimə zərbəsi zamanı “Neftçi”nin yarımmüdafiəçi Fəhmin Muradbəylidən qayıdan top “Qəbələ”nin futbolçusu Voislav Stankoviçin üstünə gəlib və Urfan Abbasovun önünə düşüb. Belədə, futbolçunun açıq-aşkar ofsaydda olduğu görünüb. Matçın baş hakimi Fariz Yusifov qolu qeydə alıb və qonaqları mərkəzə dəvət edib.

Həmin kateqoriyadan