- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Allsport.az xəbər verir ki, bu gün baş tutan 1/8 final mərhələsinin son iki oyununda qalib gələn “Qəbələ” ilə “Rəvan” da adını növbəti mərhələyə yazdırıb.
Xatırladaq ki, ötən gün “İnter”, “Sumqayıt”, “Zirə”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” da oxşar uğura imza atmışdı.
Artıq 1/4 finalda üz-üzə gələcək bütün cütlüklər də bəllidir. Belə ki, “Xəzər Lənkəran” növbəti mərhələdə əzəli rəqibi “Neftçi” ilə, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq, “İnter” “Rəvan”la, “Zirə” isə “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final
“Qarabağ” – “Sumqayıt”
“Xəzər Lənkəran” – “Neftçi”
“Zirə” – “Qəbələ”
“Rəvan” – “İnter”
Qeyd edək ki, bu cütlüklər arasındakı ilk oyunlar 2016-cı ildə, martın 2-də, cavab qarşılaşmaları isə həmin ayın 9-da keçiriləcək.