- Baxış sayı: 24
- 03 Aprel 2025 00:17
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ayxan Abbasov Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində Moldova yığması (2:0) ilə keçirilən yoxlama görüşü ilə bağlı fikrini bildirib.
Allsport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis rəsmi oyunlara hazırlıqlı olmalı olduqlarını deyib: “İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi. Futbolçuları tanıyırıq. Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq. İki gündən sonra da Şimali Makedoniya ilə qarşılaşacağıq. Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq. Moldova ilə görüşdə bəzi futbolçuları yaxından tanımaq imkanım oldu. Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram”.
Baş məşqçi futbolçuların klublarında daha çox oyun şansı əldə etmələrinin önəmindən bəhs edib: “Əlbəttə ki, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun fürsət əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.
Qeyd edək ki, U-21 hazırlıq çərçivəsində martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.