- Baxış sayı: 18
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığması ilə Bakıda heç-heçə etdikləri (0:0) yoxlama oyunu haqda fikirlər söyləyib. O bildirib:
“İlk oyunu təhlil edib səhvlərimiz müəyyənləşdirdik. Etiraf edək ki, birinci matçda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra 2-ci oyuna hazırlaşdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. 60 dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.
Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə 2 dəfə olmaqla hazırlıq mərhələsi keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır”.