Novruz Əzimov: “Bunun özü bizim işimizə verilən qiymətdir”

“Bakı”nın baş məşqçisi Novruz Əzimov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

“Çox danışmağa ehtiyac yoxdur. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarış göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir”.

Həmin kateqoriyadan