“Noyer üçün darıxacağıq”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann qapıçı Manuel Noyerin yığma karyerasını bitirmək qərarına münasibət bildirib.

Allsport.az xəbər verir ki, almaniyalı çalışdırıcı, Noyer üçün darıxacaqlarını söyləyib:

“Mən Manuelin qərarını və motivasiyasını başa düşsəm də, onun gedişi həm idman, həm də şəxsi müstəvidə böyük itkidir. Noyer futbol tarixində yeni qapıçı üslubunu formalaşdırdı. Onun məharəti bizim necə futbol oynamaq istədiyimiz ideyasının formalaşmasında həlledici amil idi. Manuel böyük idmançı və böyük oğlan olaraq qalır. Onunla tez-tez danışırdım və şadam ki, gələcəkdə də bunu davam etdirə biləcəm. Milli komandada onun üçün darıxacağıq”.

Həmin kateqoriyadan