- Baxış sayı: 38
- 25 Dekabr 2024 21:53
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Fransa 250 idmançı ilə təmsil olunacaq. Allsport.az xəbər verir ki, onların arasında 12 güləş ustası qələbə uğrunda mübarizə aparacaq.
Ölkənin güləş federasiyası tanınmış idmançı, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında dəfələrlə uğurlu çıxış edən Melonən Numonviyə daha böyük ümid bəsləyir.
1982-ci ildə Fransada anadan olan Numonvi kiçik yaşlarında güləşə böyük maraq göstərib. Ölkə daxilində keçirilən yarışlarda bu hündür boylu gəncin qələbə uğrunda inadkarlığı qısa zamanda məşqçilərin diqqətini çəkib və o, Fransanın gənclərdən ibarət yığma komandasının tərkibinə daxil edilib. Ona göstərilən etimadı çox keçmədən doğruldan gənc Melonən 2006-cı, 2007-ci, 2010-cu və 2013-cü illərdə keçirilmiş Avropa çempionatlarında ölkəsinin idman şərəfini inamla qoruyub və bu yarışlarda komandasına dörd bürünc medal qazandırıb.
“Banole” klubunun üzvü Numonvi dəfələrlə Fransa çempionatında uğurla çıxış edib. O, 2009-cu ildə Danimarkada keçirilən dünya çempionatında yunan-roma güləşi üzrə 84 kiloqram çəki dərəcəsində türkiyəli Nəzmi Avmuca üzərində inamlı qələbə qazanaraq ilk gümüş medalına sahib olub. Ötən il Daşkənddə keçirilən dünya çempionatı 32 yaşlı idmançının həyatında ən uğurlu hadisə kimi yadda qalıb. O, İranın güləş ustası Saman Təhmasibi üzərində inamlı qələbə ilə komandasına qızıl medal qazandırıb.
Hazırda Numonvi güləş üzrə kişilər arasında keçirilən yarışlarda dünya çempionatının qalibləri olmuş Danyel Robəndən, Patrise Muryedən və İvon Ryemedən sonra Fransanın dördüncü ən güclü güləşçisi hesab edilir.